Britaniya səfiri müxalifət liderləri ilə görüşüb FOTO
Diplomat bu barədə twitter səhifəsində paylaşım edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld müxalif siyasi partiyaların sədrləri ilə görüşüb. Diplomat bu barədə twitter səhifəsində paylaşım edib.
"Bu həftə müxalifət liderləri Əli Kərimli, Arif Hacılı və İlqar Məmmədovla ayrı-ayrılıqda görüşmək imkanım oldu. Aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi apardıq. Siyasi plüralizm demokratik cəmiyyətin əsas prinsiplərindən biridir", - deyə o qeyd edib.