XƏBƏRLƏR / Diplomatiya

Britaniya səfirliyi mina hadisələrinə münasibət bildirdi

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib

Britaniya səfirliyi mina hadisələrinə münasibət bildirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam və Cəbrayılda 2-i uşaq da olmaqla növbəti mina hadisələri xəbəri bizi kədərləndirdi.

    Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.

    Qeyd edilib ki, Böyük Britaniya 2020-ci ildən bəri Azərbaycanda mina təmizləmə sahəsində müxtəlif təşəbbüsləri dəstəkləyir: “Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda kişilərin və qadınların minatəmizləmə üzrə işini, o cümlədən mina riskləri üzrə maarifləndirmə və mina qurbanlarına yardımı dəstəkləyib”.