Britaniyalı nazir Leo Dokerti Ceyhun Bayramovla görüşüb
Avropa və Şimali Amerika regionu üzrə Dövlət naziri ölkəsinin regionda təhlükəsizliyə sadiqliyini vurğulayıb
Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa və Şimali Amerika regionu üzrə Dövlət naziri Leo Dokerti xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə britaniyalı nazir "Twitter" hesabında məlumat verib.
"Mən Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olan Azərbaycanda, Bakıdayam.
XİN rəhbəri Ceyhun Bayramov ilə söhbətimdə Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini bir daha vurğuladım", - Dokerti qeyd edib.