Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqu keçiriləcək
Bu gün 2025-ci il Avropa Davamlı Enerji Həftəsi (EUSEW2025) başlayıb

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Ədalətli və rəqabətli yaşıl keçidə necə nail olmağı müzakirə etmək üçün bu gün Brüsseldə 2025-ci il Avropa Davamlı Enerji Həftəsi (EUSEW2025) başlayır.
Həftə ərzində Avropanın siyasi paytaxtında Avropa Komissiyası tərəfindən təşkil olunan müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji Səmərəliliyi üzrə 10-cu Qlobal Konfransı keçiriləcək.
Konfrans iştirakçıları arasında energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də var. Nazir konfransda çıxış edəcək.
Bundan əlavə, bu həftə nazir Şahbazov və Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen ənənəvi olaraq CQBK və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Bakıda keçirilən görüşün davamına çevrilən Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti raundu çərçivəsində görüşəcəklər.
İclasda Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın təhlili aparılacaq və onun gələcək inkişafı, eləcə də təmiz enerjiyə keçid, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları üzrə siyasətlər müzakirə olunacaq.