Antalyada İlham Əliyev Ersin Tatarla görüşüb YENİLƏNİB
Azərbaycan və Şimali Kipr Türk Cumhuriyyətinin prezidentləri ikitərəfli məsələləri müzakirə ediblər

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında görüş olub.
Söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib.
Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Xatırladaq ki, Ersin Tatar İlham Əliyevə ADA Universitetində keçirilən beynəlxalq forumda səsləndirdiyi fikirlərə görə təşəkkür edib.