XƏBƏRLƏR / İctimaiyyət

ŞKTC Prezidenti Ersin Tatar İlham Əliyevə təşəkkür edib

Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən beynəlxalq forumda səsləndirdiyi bəyanatı alqışlanıb

ŞKTC Prezidenti Ersin Tatar İlham Əliyevə təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın paytaxtı Bakıda ADA Universitetində keçirilən və dünyanın 44 ölkəsindən 80-dən çox mütəxəssisin iştirak etdiyi “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatı alqışlayıb.

    Prezident Tatar, Azərbaycan Prezidenti Əliyevin bəyanatında ŞKTC-nin Annan planına “hə” dediyini, Cənubi Kipr Rum Administrasiyasının isə buna qarşı çıxdığını xatırladaraq, “Sonra nə oldu? Kipr Rum Administrasiyası AB-yə üzv qəbul edildi. Bu ədalətlidirmi? Bu, ikili standartların bariz nümunəsidir. ŞKTC qardaşlarımız əmin ola bilərlər ki, onların ölkəsi beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınması üçün hər zaman onların yanında olacağıq” vurğuladığını qeyd edib .

    “Biz Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından son dərəcə şadıq. Mən Şimali Kipr Türk Cümhurriyyətinə göstərdiyi güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm.

    Sevinirik ki, eyni xalqın ayrılmaz hissəsi olan Azərbaycanla qəlb birliyimiz, dəyərlərimiz, əlaqələrimiz getdikcə artır.

    Mən Prezident Əliyevə verdiyi bəyanatlara görə bir daha təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız və əməkdaşlığımız əbədi olaraq davam edəcəkdir”.