22:51
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
VİDEO
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
***
22:45
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.
Qonaqlar hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.
***
22:22
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.
Qonaqlar hesab arasındakı fərqi artırıb - 3:1.
Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib
***
22:08
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.
***
21:52
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci qol vurulub.
Qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.
Marko Pyatsa fərqlənib.
***
21:36
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda hesab açılıb.
Matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
59-cu dəqiqədə Kadi Borges fərqlənib.
***
21:19
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısından sonra hesab açılmayıb - 0:0.
***
21:07
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
***
20:15
UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Tvente” (Niderland) komandaları arasında cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
BİRBAŞA
***
20:00
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" və Niderlandın "Tvente" komandalarıakıda üz-üzə gəlir.
Görüş nəzərdə tutulan vaxtdan gec başlayacaq.
Qarşılaşma 20:15-də start götürəcək. Bunun səbəbi açıqlanmayıb.
Qeyd edək ki, matçın ilkin başlama vaxtı 20:00 idi.
Xatırladaq ki, bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
18:50
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.
Avropa futbol qurumunun rəsmi saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
“Tvente”: Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.
Xatırladaq ki, bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
11:07
"Qarabağ" "Tvente"ni qəbul edir:
Bu gün Azərbaycanın “Qarabağ” klubu Futbol Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin cavab oyununu keçirəcək.
Qurban Qurbanovun yetirmələri evdə Hollandiyanın “Tvente” komandası ilə qarşılaşacaq.
20:00
"Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya)
Bakı, Tofiq Bəhramov adına stadion.
Baş hakim: Rohit Saggi (Norveç).
İlk oyun: 1-0.
"Qarabağ" (ehtimal olunan heyət): Martin Zlomisliç, Bruno Lanqa, Bence Varkonyi, Bədavi Hüseynov, Matheus Silva, Pedro Bicalho, Marko Jankoviç, Kadi, Jali Muaddib, Aleksey Kaşçuk, Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
"Tvente" (ehtimal olunan heyət): Lars Unnerstall, Bart van Rooij, Ruud Neistad, Robin Prepper, Aske Adelgaard, Ramiz Zerrouki, Daouda Weidmann, Marko Pjaca, Daan Rots, Sonner Erjasäter, Wout Weghorst.
Baş məşqçi: Con van den Brom.
Bu cütlüyün qalibi Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək, uduzan isə Avropa mövsümünü başa vuracaq.
6 dəqiqə