BLOQ

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qərara alınıb

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

    Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub.

    Azərbaycanda uşaqları Qarabağ müharibəsindən ciddi zərər çəkiblər.

    Birinci Qarabağ müharibəsi (1988–1994) zamanı ermənilərin girov götürdüyü 224 azərbaycanlı uşaq azad edilib.

    71 uşağın itkin düşdüyü rəsmən Dövlət Komissiyasında qeydə alınıb.

    Onlardan 29 uşağın girovluqda saxlandığı barədə məlumat daxil olub. Girovluqda olduğu güman edilən həmin 29 uşağın aqibəti məlum deyil.