Qayıdış

Bu gündən Qarabağa şəxsi avtomobillə getmək olar

İcazə "www.yolumuzqarabaga.az" portalında alınmalıdır

Bu gündən Qarabağa şəxsi avtomobillə getmək olar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan vətəndaşları bu gündən etibarən Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərinə şəxsi avtomobilləri ilə gedə biləcəklər.

    İcazə www.yolumuzqarabaga.az portalında alınmalıdır. İki gün ərzində etibarlıdır və sürücü daxil olmaqla maksimum 9 nəfər üçün alına bilər.

    Əvvəllər yalnız Şuşa, Laçın şəhərlərinə və Suqovuşan kəndinə getmək üçün icazə verilirdi.