Bu günədək Ağalıda 200 ev tikilib
Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib
Bu günə kimi Zəngilanın Ağalı kəndində 200 ev tikilib.
Bu sözləri “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Zəngilanda keçirilən konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Ağalı kəndinə əhalinin köçürülməsinə 2022-ci ildə start verilib və bir il ərzində 871 nəfərdən ibarət 175 ailə köçürülüb.
“Ağalı sakınləri burada təhsil, səhiyyə, iş yerləri, şirin su və yaşıl enerji ilə təmin olunublar” - deyə, V.Hacıyev vurğulayıb.