XƏBƏRLƏR / Neft və Qaz

Bu il 24 ölkəyə 21,5 mln tondan artıq neft ixrac edilib

Məlumat Dövlət Gömrük Komitəsinin hesabatından götürülüb SİYAHI

Bu il 24 ölkəyə 21,5 mln tondan artıq neft ixrac edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cari ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 141 532,2 min ABŞ dolları dəyərində 9 862 810,89 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsi hesabatında verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 977 547,28 min dollar dəyərində 1 583 207,32 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Cari ilin yanvar-noyabr aylarında bu ölkəyə 873 398,61 min dollar 1 436 178,46 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

    Siyahıdan göründüyü kimi, hesabat dövründə 24 ölkəyə 13 304 395,4 min dollarlıq 21 555 781,63 ton neft ixrac edilib.

    Azərbaycanın cari ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

    Ölkələr

    Miqdar (ton)

    Statistik

    dəyər

    Cəmi

    21 555 781.63

    13 304 395.4

    1.

    İtaliya

    9 862 810.89

    6 141 532.2

    2.

    Çexiya

    1 583 207.32

    977 547.28

    3.

    Xorvatiya

    1 436 178.46

    873 398.61

    4.

    Hindistan

    1 168 876.01

    729 796.92

    5.

    İsrail

    1 173 002.75

    713 268.03

    6.

    Almaniya

    1 002 224.39

    634 442.48

    7.

    Portuqaliya

    1 005 213.63

    631 169.31

    8.

    Böyük Britaniya

    650 115.4

    390 895.78

    9.

    Rumıniya

    623 530.67

    368 552.5

    10.

    Tunis

    443 921.14

    278 567.44

    11.

    Tailand

    376 876.12

    234 238.66

    12.

    Türkiyə

    369 579.92

    201 627.52

    13.

    İndoneziya

    310 833.01

    178 463.01

    14.

    Serbiya

    241 179.61

    151 905.17

    15.

    Yunanıstan

    228 237.47

    144 806.06

    16.

    İspaniya

    250 395.8

    142 979.29

    17.

    İrlandiya

    174 283.74

    110 428.45

    18.

    Niderland

    168 985.69

    106 838.99

    19.

    Uruqvay

    138 719.62

    85 099.83

    20.

    Polşa

    90 150.50

    57 363.56

    21.

    Fransa

    89 844.28

    57 147.28

    22.

    Avstriya

    85 868.91

    47 903.69

    23.

    Bolqarıstan

    80 853.09

    45 989.25

    24.

    Özbəkistan

    893.2

    434.09