Bu il azad olunmuş 5 rayonda yeni məktəblər açılacaq
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib
İşğaldan azad edilmiş ərazilərdə 20-dən artıq məktəbin tikintisi davam edir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bu ilin sentyabrında Şuşada, Xankəndidə, Xocalıda, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır:
"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".