Qərbi Azərbaycan İcması Ermənistana qayıtmaq istəyir
İcma Ermənistan hökumətini qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb
Qərbi Azərbaycan İcması qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazırdır. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə yardım etmir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırır