Qayıdış

Laçın üç qardaş xalqın Zirvə toplantısına ev sahibliyi edir

Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında Laçınla bağlı paylaşım edib

Laçın üç qardaş xalqın Zirvə toplantısına ev sahibliyi edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Laçınla bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Gözəlliyi ilə valeh edən, bir vaxtlar 30 illik işğal və vandalizmindən zərər çəkən, indisə Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilən, Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilən Laçın bu gün Azərbaycanın Müstəqillik Günündə - üç qardaş xalqın: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!”.