XƏBƏRLƏR / Qayıdış

QHT-lərin Zəngilanda Forumu keçirilir YENİLƏNİB

Forumda Azərbaycanın 200-ə yaxın aparıcı ictimai birliklərinin rəhbərləri iştirak edir

QHT-lərin Zəngilanda Forumu keçirilir YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:41

    İyunun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

    200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak etdiyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

    Azad edilmiş ərazilərdə ilk dəfə keçirilən QHT forumu iki gün davam edəcək.

    ***
    08:42
    Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə, azad edilmiş ərazilərdə ilk dəfə baş tutacaq “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” Zəngilan rayonunda keçirilir. 
    Zəngilan rayonundakı Konqres Mərkəzində bu gün işə başlayacaq forum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

    Forumda Azərbaycanın 200-ə yaxın aparıcı ictimai birliklərinin rəhbərləri və təmsilçiləri iştirak edəcək.

    İki gün davam edəcək forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.