Bu il Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşəcək
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, görüş bu il keçiriləcək.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyadan deyil, digərlərindən də istifadə etməkdə maraqlı olduğunu başa düşürük", - Lavrov bildirib.