Bu ilin ilk yarısında AÇG-dən hasilat həcmi açıqlanıb
Məlumatı "BP Exploration (Caspian Sea) Limited" şirkəti yayıb

Bu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan gündəlik orta hasilat təxminən 327,000 barrel təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründəki 336,000 barrel/gün ilə müqayisədə 2.7 faiz azalma deməkdir.
Bu barədə bp xəbər verir.
"2025-ci ilin ilk altı ayında AÇG-də təhlükəsiz və etibarlı şəkildə sabit hasilat davam etdirilib. Bu müddətdə ümumilikdə 59 milyon barrel və ya 8 milyon ton neft hasil olunub. Hasilat aşağıdakı platformalar üzrə bölüşdürülüb:
Çıraq – 21,000 b/g,
Mərkəzi Azəri – 86,000 b/g,
Qərbi Azəri – 75,000 b/g,
Şərqi Azəri – 42,000 b/g,
Dərin Sulu Günəşli – 54,000 b/g,
Qərbi Çıraq – 24,000 b/g,
ACE (Azəri Mərkəzi Şərq) – 25,000 b/g”, – deyə bp bildirib.
"BP Exploration (Caspian Sea) Limited" AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, Podratçı Tərəflər adından operator funksiyasını yerinə yetirir.
AÇG-də iştirak payları aşağıdakı kimidir:
bp – 30.37%
SOCAR – 31.65%
MOL – 9.57%
INPEX – 9.31%
ExxonMobil – 6.79%
TPAO – 5.73%
ITOCHU – 3.65%
ONGC Videsh – 2.92%