Casusluqda ittiham olunan iranlı həkim 12 il həbs olundu
Astana Babək Süleyman mayın 27-də DTX tərəfindən saxlanılıb
Casusluqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Astana Babək Süleymanın cinayət işi məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
O, təqsirləndirilən şəxsin 14 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmənin hökmü ilə Astana Babək Süleyman 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Astana Babək Süleyman mayın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham verilib.
48 yaşlı Astan Babək Təbrizdəndir, milliyyətcə azərbaycanlıdır, ailəlidir, 4 uşaq atası, ixtisasca həkim və hüquqşünasdır.