Ermənistan Putinin həbsinə order verən məhkəməyə qoşuldu
Putin Ermənistana gələrsə dərhal hökümət tərəfdən həbs olunub Haaqa məhkəməsinə təhvil verilməlidir
Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin Parlament tərəfindən ratifikasiyasını təsdiqləyib.
Konstitusiya məhkəməsinin bu qərarı Ermənistanın Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmasına yol açır.
Xatırladaq ki, məhz Haaqadakı BCM Rusiya prezidenti Vladimir Putunin ukraynalı uşaqların qanunsuz deportasiyasında görə həbsinə qərar verib.
Bundan sonra, Putin Ermənistana gələrsə hökümət tərəfdən dərhal həbs olunub Haaqa məhkəməsinə təhvil verilməlidir.