Məhkəmə aktyor Alek Bolduinə bəraət qazandırdı
Onu qəsdən adam öldürməkdə günahlandırırdılar
Aktyor Alek Bolduin qadın operatorun ölümü ilə nəticələnən insidentdə qəsdən adam öldürmək ittihamından azad edilib.
Operator Qalina Hatçins 2021-ci ilin oktyabrında "Paxır" filminin çəkiliş meydançasında ölüb. O, Bolduinin filmdə istifadə etdiyi revolverdən açılan atəşlə öldürülüb. Rekvizit kimi istifadə edilən silahın həqiqi güllə ilə dolu olduğu üzə çıxıb.