Vətən xaininə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Zair Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Xəzər Neft Donanmasının gəmisinin 42 yaşlı kapitanı Zair Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əsgərov 16 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Kapitan Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib.
İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəminin kapitanı işləyən Zair Əsgərov xarici dövlətin kəşfiyyat xidmətinin nümayəndələri tərəfindən işə götürülüb.
Onların tapşırığına əsasən, kapitan Azərbaycanda fəaliyyət göstərən şirkət və xarici dövlətlərin nümayəndəlikləri, Xəzər dənizində hərbi dəniz təlimlərinin keçirilmə yeri və vaxtı, habelə suverenliyə və müdafiəyə xələl gətirmək məqsədilə neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.
Zair Əsgərov qeyd olunan məlumatları həm mobil telefon vasitəsilə, həm də birbaşa kuratorları ilə görüşlər zamanı ötürüb ki, bu da dövlətə xəyanət kimi qiymətləndirilir.