XƏBƏRLƏR / Məhkəmə

Terrorçuluğu maliyyələşdirən şəxs həbs edilib

Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib

Terrorçuluğu maliyyələşdirən şəxs həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib.

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

    Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

    Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.