Makronun yeni qanunu ləğv edildi
Fransa Konstitusiya Məhkəməsi yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edir
Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib. Bu barədə “El Pais” xəbər verir.
Hakimlər Makronun ifrat sağçı “Milli Mitinq” partiyasının nümayəndələri ilə razılaşdığı miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun mətnini ölkə konstitusiyasına zidd sayıblar.
Nəşrin məlumatına görə, qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan “milli üstünlük” forması adlandırılıb. Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirib.
Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə “arzuolunmaz” əcnəbilərin deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib. Fransızlar prezidenti “sağa” getməkdə ittiham ediblər.