XƏBƏRLƏR / Hərbi

Cəbrayılda hərbçi sursat partlayışı nəticəsində həlak olub

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib YENİLƏNİB

Cəbrayılda hərbçi sursat partlayışı nəticəsində həlak olub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:12

    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində keçirilən vida mərasimi başa çatıb.

    Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunub.

    ***

    10:50


    Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

    ***

    10:40

    Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

    Bu barədə Hərbi Prokurorluqdan bildirilib.

    Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

    ***

    09:34

    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olub.

    Mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

    Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.