XƏBƏRLƏR / Qayıdış

Cəbrayılda minalar partladılıb

Laçında minalardan və PHS-dan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Cəbrayılda minalar partladılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində aşkar olunmuş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyat yolu ilə icra olunub.

    Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib.

    Tanışlıq çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilər barədə məlumat verilib.

    Qeyd edək ki, avqustun 16-da Laçın şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib.