XƏBƏRLƏR / Qayıdış

Horovluya yola salınan köç karvanı kəndə çatıb

Bu mərhələdə kəndə 18 ailə köçürülb YENİLƏNİB

Horovluya yola salınan köç karvanı kəndə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 13:14

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.

    18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb. Sakinlərə evlərin açarları təhvil verilib.

    Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri iştirak edib.

    Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır.

    Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

    ***

    13:08

    Cəbrayıl rayonuna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.

    Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kəndinə bu gün 18 ailə olmaqla 66 nəfər qayıdıb. Kənddə ailələrin daimi yaşayışın təmin etmək məqsədilə hər cür infrastruktur yaradılıb.

    ***

    12:18

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

    Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 18 ailə (66 nəfər) köçürülür.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2177 nəfər (590 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 592 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 95 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 477 nəfər (110 ailə)
    Ballıca (Xocalı rayonu) - 1016 nəfər (228 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 378 nəfər (110 ailə)
    Təzəbinə (Xocalı) - 561 nəfər (128 ailə)
    Xıdırlı (Ağdam) - 1986 nəfər (508 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 374 nəfər (96 ailə)
    Şuşakənd (Xocalı) - 230 nəfər (61 ailə)
    Qırmızı Bazar (Xocavənd) - 165 nəfər (46 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 105 nəfər (27 ailə)
    Badara (Xocalı) - 136 nəfər (36 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 450 nəfər (108 ailə)
    Horovlu (Cəbrayıl) - 607 nəfər (150 ailə)
    Məmmədbəyli (Zəngilan) 464 nəfər (93 ailə)

    Cəmi: 22 598 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.