14:12
Xocalı rayonunun altı kəndinə köçürülən ümumilikdə 41 ailəyə evlərinin açarları təqdim edilib.
Sakinlər açarların təqdim olunması mərasimində mina təhlükəsizliyi barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailə (13 nəfər) köçürülüb.
***
14:02
Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.
Ailələri burada Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinin xüsusi nümyəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətini əməkdaşları qarşılayıblar.
***
13:52
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülüb.
***
13:34
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

Bu mərhələdə kəndə 18 ailə - 77 nəfər köçürülüb.

***
13:11
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün respublikanın müxtəlif yerlərində - əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.
Bu mərhələdə Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər köçürülür.
***
12:47
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülür.
Doğma yurduna qayıdan Şükürbəyli sakinləri, ölkənin müxtəlif bölgələrində və şərairsiz binalarda məskunlaşan ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 546 nəfər (139 ailə)
Aşağı Oratağ - 446 nəfər (96 ailə)
Çapar - 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 112 nəfər (28 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1056 nəfər (236 ailə)
Təzəbinə - 721 nəfər (159 ailə)
Xanyurdu - 488 nəfər (134 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 358 nəfər (99 ailə)
Seyidbəyli - 254 nəfər (70 ailə)
Daşbulaq - 126 nəfər (31 ailə)
Xanabad - 79 nəfər (19 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 949 nəfər (222 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1958 nəfər (536 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 908 nəfər (421 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 847 nəfər (201 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 185 nəfər (69 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 32 982 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.
5 dəqiqə