Ağdam-Xankəndi yoluna elektrik enerjisi verildi
Uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb
AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.
Uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.
Qeyd edək ki, ərazi artıq elektrik enerjisi ilə təmin edilib.