Yeni Qubadlı - Laçın avtomobil yoluna 20 milyon ayrıldı
Bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb
Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb.
Bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.