Cənubi Koreya əhalisi 2070-ci ilədək kəskin azalacaq
Bu barədə Yonhap agentliyi xəbər verir
Cənubi Koreyada əhalinin sayı ölkədə doğum səviyyəsinin kritik azalması səbəbindən 2070-ci ilə qədər 38 milyon nəfərə enəcək. Proqnoza görə, həmin dövrdə planetimizdə yaşayan insanların sayı 8 milyard nəfərdən 10,3 milyarda çatacaq.
Yonhap agentliyi xəbər verir ki, Koreya Respublikasının statistika idarəsinin dərc etdiyi məruzəyə əsasən, hazırda ölkədə bir qadına düşən doğum sayı 0,78-ə bərabərdir ki, bu da əhalinin sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır.
2070-ci ilədək 65 yaşdan yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək. Hazırda Cənubi Koreyada 52 milyon nəfər əhali yaşayır, onların 18,4 faizi yaşlı insanlardır.
İndi ölkə əhalisinin 3,2 faizini təşkil edən əcnəbilərin sayının 2040-cı ildə 4,3 faizədək (1,64 milyon nəfərdən 2,16 milyon nəfərədək) artacağı gözlənilir.