XƏBƏRLƏR / Hərbi

"Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır"

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşelərinə deyib

"Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə:

    - ABŞ və Avropa Birliyi Gürcüstanı saxlamağa və Ermənistanı öz təsir orbitinə çəkməyə çalışır.

    - Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir”.

    - Gürcüstanda etiraz aksiyalarının maliyyələşdirilməsi vəziyyətin sabitliyini pozmağa yönəlib. Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə vəziyyəti sabitliyi pozmağa çalışır. Bu cəhdlərdə Ukrayna ssenarisi üzrə ölkəni aktiv anti-Rusiya aksiyalarına cəlb etmək marağı görmək olar. Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər həyata keçirir.