XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Almaniyaya səfərə yola düşüb

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Ceyhun Bayramov Almaniyaya səfərə yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.