Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə telefonla danışıb
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
1 dəqiqədən az