XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov İqor Xovayevi qəbul edib

Rusiya xarici işlər nazirliyinin xüsusi nümayəndəsi İrəvandan sonra Bakıya gəlib

Ceyhun Bayramov İqor Xovayevi qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bayramov Lavrovun xüsusi nümayəndəsi ilə görüşüb 

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

    Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh müqaviləsi üzrə danışıqlar, eləcə də regiondakı mövcud vəziyyət müzakirə edilib.

    Bayramov Sülh sazişi üzrə danışıqlarda Azərbaycanın mövqeyini və prioritetlərini, eləcə də gələcəyə gözləntilərini Xovayevə çatdırıb. O, həmsöhbətə Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribat xarakterli addımları barədə də məlumat verib.