Ceyhun Bayramov İsrailə səfər edəcək
Azərbaycanın İsraildəki ilk səfiri isə etimadnaməsinin surətlərini İsrail XİN Protokol şöbəsininə təqdim edib
Azərbaycan Respublikasının xarici işlər naziri son 10 ildə ilk dəfə İsrailə səfər edəcək.
Bayramov martın 29-da Azərbaycanın bu ölkədə səfirliyinin açılışında iştirak etmək üçün İsrailə səfər edəcək. Nazirin prezident Hersoq, baş nazir Netanyahu və xarici işlər naziri Koenlə görüşləri gözlənilir.
Yeri gəlmişkən Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov etimadnaməsinin surətlərini İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.