Ceyhun Bayramov Lavrovla danışıqlara başladı VİDEO
Bu barədə Rusiya XİN məlumat yayıb
13:15
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
***
Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlara start verilib. Bu barədə Rusiya XİN məlumat yayıb.
Görüş C.Bayramovun Moskvaya səfəri çərçivəsində baş tutub. Azərbaycan tərəfdən danışıqlarda Rusiyadakı fövqəladı və səlahiyyətli səfir Polad Bülbüloğlu, XİN-nin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də iştirak edir.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş prezidentlərin təmasları ərəfəsində ölkələrin ikitərəfli münasibətlərini müzakirə etmək imkanıdır". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün protokol hissəsində deyib.
“Növbəti görüşümüzün keçirilməsinə şadıq, nəhayət ki, erməni həmkarımızla ötən ilin sonuna planlaşdırılan üçtərəfli görüşü keçiririk. Moskvada ikitərəfli münasibətlərimizin vəziyyətinə, xüsusən də liderlərimiz arasında yaranan təmasların gözləntisinə baxmaq üçün burada olmanız yaxşı fürsətdir", deyə Lavrov vurğulayıb.
"Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikası mövcuddur".
Bunu da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Ceyhun Bayramov onu da qeyd edib: "Baş nazirin müavininin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 80-dən çox üzvü "Rusiya-İslam dünyası" forumunda iştirak etmək üçün Kazana gəlib".
Qeyd edək ki, Lavrovun bu gün Ermənistan XİN başçısı Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub. Daha sonra üçtərəfli formatda görüş baş tutacaq.