XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Marko Rubio ilə telefonla danışıb

Azərbaycan XİN rəhbəri ABŞ Dövlət katibi ilə bir sıra məsələləri müzakirə edib

Ceyhun Bayramov Marko Rubio ilə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

    Tərəflər Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

    8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən tarixi sammitdən bəri strateji tərəfdaşlığın inkişafında əhəmiyyətli irəliləyişlər qeyd edilib. Bu kontekstdə, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet sahələr üzrə işçi qruplarının işinin əhəmiyyəti vurğulanıb.

    Söhbət zamanı tərəflər həmçinin 2026-cı ildə strateji tərəfdaşlıq çərçivəsində əldə edilən mühüm nəticələri qeyd ediblər. Xüsusilə, Bakı Enerji Həftəsi və 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı enerji, karbohidrogen kəşfiyyatı, işlənməsi və istehsalı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanan sənədlər ikitərəfli əməkdaşlığın praktik məzmununu əhəmiyyətli dərəcədə genişləndirib.

    Ceyhun Bayramov Amerika tərəfini Azərbaycanın sülh gündəliyini irəli aparmaq, etimad yaratmaq və regional sabitliyi təşviq etmək üçün atdığı ardıcıl addımlar barədə məlumatlandırıb.

    Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi apardılar.