XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov UNCTAD-ın baş katibi ilə görüşüb

XİN rəhbəri Rebekka Qrinspan ilə ticarət, investisiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ceyhun Bayramov UNCTAD-ın baş katibi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ceyhun Bayramov UNCTAD-ın baş katibi ilə ticarət, investisiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

    Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan ilə görüşüb.

    Tərəflər Azərbaycanla UNCTAD arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.

    Tərəflər davamlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

    Görüşdə münaqişədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, azad edilmiş ərazilərdə yenidənqurma və tikinti işləri, Yaxın Şərqdəki vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsiri müzakirə edilib.

    Digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.