XƏBƏRLƏR / Diplomatiya

Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçirib

Bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov məlumat verib

Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşüb.

    Bu barədə Saidov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Görüşdə XİN başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

    "Bakıda Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq", - Özbəkistan XİN başçısı yazıb.