XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov və Abbas Əraqçi birgə brifinq keçiriblər

Azərbaycan və İran xarici işlər nazirləri bir sıra vacib bəyanatlar veriblər

Ceyhun Bayramov və Abbas Əraqçi birgə brifinq keçiriblər
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə konfransında:

    • Ermənistan və Azərbaycan arasında mövcud inkişaflar barədə ətraflı məlumat verdim;
    • İki ölkə arasında İqtisadi Komissiyanın iclasları keçirildi. İl ərzində müntəzəm əlaqələr saxlanılıb və əməkdaşlıq genişlənir;
    • Azərbaycan və İran arasında ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, bu ilin ilk 10 ayında isə 520 milyon dollar təşkil edib. Bu gün bu həcmin artırılması üçün addımları müzakirə etdik. Bir sıra layihələrin uğurla həyata keçirilməsi qeyd edildi;
    • Ağbənd-Kələlə avtomobil körpüsünün tikintisi 2026-cı ilin ilk aylarında başa çatacaq.
    • Yaxın gələcəkdə Azərbaycan və İran yeni əməkdaşlıq layihələrini açıqlayacaqlar.
    • Bugünkü danışıqlar zamanı həm davam edən, həm də tamamlanmaq üzrə olan layihələr müzakirə olunub.
    • Dövlət başçısı təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də geniş yol xəritəsinin hazırlanmasının vacibliyini bildirib. Həmkarımla birlikdə bu məsələ ilə bağlı müzakirələr apardıq və razılığa gəldik ki, bu, mümkün qədər tez edilməlidir.
    • Azərbaycan ABŞ-dan Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.  Bəzi suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur

    İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında:

    • İran Azərbaycanla bütün sahələrdə əlaqələri gücləndirmək niyyətindədir;
    • İki ölkənin ortaq mövqeləri var, lakin fikir ayrılıqları da var. Biz fikir ayrılıqlarımızı dialoq yolu ilə həll etməyə doğru irəliləyirik;
    • İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir;
    • İran və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi də müzakirələrimizin mövzusu olub. İran 3+3 formatını dəstəkləyir və biz onu həmişə dəstəkləmişik. Bu mexanizm regionda sabitliyi, sülhü və inkişafı təşviq edir;
    • Azərbaycan və İran ortaq maraqları bölüşür;
    • Bakıya səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin müzakirəsi üçün strateji əhəmiyyət kəsb edir;
    • Bugünkü danışıqlar siyasi, iqtisadi, mədəni və digər əməkdaşlığı əhatə etdi. Həmçinin Prezident İlham Əliyevlə görüşüm oldu və bütün əsas məsələləri müzakirə etdik;
    • Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisinə gələn ildə başlanacağı gözlənilir
    • İlham Əliyevi İranda salamlamağı səbirsizliklə gözləyirik.