Ceyhun Bayramov BƏƏ XİN rəbərinin müavini ilə görüşüb
Lana Zəki Ənvər Zəki Nusseibeh Xankəndidə İƏT-ın 17-ci Zirvə Toplantısında iştirak edir

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zəki Ənvər Zəki Nusseibeh ilə görüş keçirib.
İclasda alternativ enerji sahəsində uğurlu birgə layihələrdən söz açılıb, əldə olunan nəticələr yüksək qiymətləndirilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.