Çin telefon üçün 50 il işləyəcək nüvə batareyası hazırlayıb
Mühəndislərinin fikrincə, ixtira tamamilə təhlükəsizdir
Çin smartfonlar üçün 50 il enerji doldurmağı tələb etməyən nüvə batareyası hazırlayıb.
Batareya sikkədən kiçikdir. Betavolt mühəndislərinin fikrincə, ixtira tamamilə təhlükəsizdir - temperatur batareyanın daxilindəki kimyəvi proseslərə təsir göstərmir və onun istismar müddəti başa çatdıqda komponentlər sadəcə olaraq dağılacaq.