XƏBƏRLƏR / Elm və Texnologiya

Çin yeni kartoqrafiya peykini orbitə çıxarıb

Qeyd edək ki, bu, Çinin “Uzun yürüş” seriyasından 494-cü raket buraxılışıdır

Çin yeni kartoqrafiya peykini orbitə çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin “Tianhui-5” yeni kartoqrafiya peykini orbitə çıxarıb.

    Peyki orbitə aparan “Uzun yürüş-6” daşıyıcı raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 6:50-də Tayyuan buraxılış məntəqəsində baş tutub. Peykin planlaşdırılan orbitə daxil olduğu bildirilir.

    “Tianhui-5” əsasən coğrafi məlumatların xəritələndirilməsi, torpaq ehtiyatlarının araşdırılması və elmi təcrübələr daxil olmaqla tapşırıqları yerinə yetirəcək.

    Qeyd edək ki, bu, Çinin “Uzun yürüş” seriyasından 494-cü raket buraxılışıdır.