XƏBƏRLƏR / Dünya

Çin Avropanın altı ölkəsi üçün vizasız rejim tətbiq edəcək

Bunu ÇXR-in xarici işlər naziri deyib

Çin Avropanın altı ölkəsi üçün vizasız rejim tətbiq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin hakimiyyəti Avropanın altı ölkəsinin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edəcək.

    ÇXR-in xarici işlər naziri Van İ bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

    “Pekin martın 14-dən sınaq olaraq İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq üçün vizasız rejim tətbiq edəcək”, - deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ÇXR ölkələr arasında personal mübadiləsini asanlaşdırmaq, o cümlədən ödəniş xidmətlərinin miqdarını artırmaq üçün təşəbbüslər irəli sürməyə davam edəcək.

    Xatırladaq ki, Çin hökuməti 2023-cü il dekabrın 1-dən etibarən Avropa İttifaqının beş ölkəsi - İspaniya, İtaliya, Hollandiya, Fransa və Almaniya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada aradan qaldırıb.