Çin İran məsələsində ABŞ-la qəti razı deyil
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib
ABŞ Tehrana kömək edən hər kəsə iqtisadi ziyan vurmaq niyyətindədirsə, Çin qanuni maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.
"Çinin İranla əməkdaşlığı beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Pekin qanunsuz birtərəfli sanksiyalara qarşı çıxır", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, iqtisadi təzyiq problemləri həll etməyəcək, əksinə, yalnız ziddiyyətləri daha da artıracaq və qlobal iqtisadi nizamı pozacaq.
1 dəqiqədən az