XƏBƏRLƏR / Elm və Texnologiya

Çin kosmik stansiyasını iki dəfə böyüdəcək

Qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayı üçdən altıya çatdırılacaq

Çin kosmik stansiyasını iki dəfə böyüdəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çinin kosmik stansiyasının ölçüsünü iki dəfə böyütməyi planlaşdırır.

    Çin Kosmik Texnologiyalar Akademiyası xəbər verir ki, bu fikri akademiyanın tədqiqatçısı Can Çiao Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı deyib. O, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının üçdən altıya çatdırılacağını, bununla da onun texniki imkanlarının çoxalacağını bildirib. Stansiyanın böyüdülməsinə böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir.

    Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq ki, bu da 2030-cu ildən sonra istismardan çıxarılması nəzərdə tutulan Beynəlxalq Kosmik Stansiyanın çəkisinin təxminən 40 faizinə bərabər olacaq.

    Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyasının 15 ildən çox istifadə olunması nəzərdə tutulub.