Türkiyədə robot ofisiant maaşının qaldirılmasını tələb edib

Bu barədə İHA agentliyi VİDEO yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyədə robot üsyanı: robot ofisiant əmək haqqının artırılmasını və istirahət gününün verilməsini tələb etdi.

    Fiko adlı robot yerli restoranda rəqs edərək müştəriləri cəlb edir. Lakin, rəhbərinə qarşı qeyri-adi tələbləri sayəsində onlayn populyarlıq qazanıb.

    Robotun davranışı maraqlı reaksiya doğurub: müəssisənin sahibi təbəssümlə etiraf edir ki, süni intellektin nümunəsini izləyərək digər işçilər də əmək haqqının artırılmasını tələb etməyə başlayıblar.