BLOQ

Çin Orta Dəhlizlə daşınan yüklərin həcmini artırmaq istəyir

2025-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunda ayda 50 bloklu qatarın hərəkəti planlaşdırılır

Çin Orta Dəhlizlə daşınan yüklərin həcmini artırmaq istəyir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaları intensivləşəcək, bu barədə Azərbaycan mətbuatına “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

    Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu 1 ilə yaxındır işləməyib və 2025-ci ildən bu dəmir yolu xətti ilə daşımalar intensivləşəcək.
    “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən yüklərin daşınması ilə bağlı artıq razılıq əldə olunub”, - deyən o, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan Dəmir Yolları ilə BTKİ Dəmir Yolları müştərək şirkəti yaratdığını bildirib.
    “Şirkət yaxın vaxtlarda fəaliyyətə başlayacaq. BTKİ Dəmir Yolları Marabda-Kartsax dəmir yolu hissəsinin istismarı və infrastruktur bütövlüyünün təmin edilməsi ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin səmərəli daşınması və yeni yüklərin cəlb edilməsi üzərində çalışacaq. Gürcüstan və Azərbaycanın birgə səyləri də regional nəqliyyat əlaqələrinin gücləndirilməsinə və orta dəhlizin potensialının dərinləşdirilməsinə yönəldiləcək”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri bildirib.
    Onun sözlərinə görə, Çin Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmini artırmaq istəyir. “Çindən göndərilən blok daşıyıcılarının sayı gözləntilərimizi üstələyir. Bu il dəhlizdən 190 bloklu qatar keçib, ilin yekunlarına görə isə dəhlizdən 250 blok qatarının keçəcəyi gözlənilir. Gələn il Çin dəhliz vasitəsilə ayda 50 bloklu qatar göndərməyi planlaşdırır. Artıq Çinin şərqindən orta dəhlizə yüklərin daşınmasına başlanılıb”, - deyə Rövşən Rüstəmov bildirib.