Çin səmasında iki uçan avtomobil toqquşub
Maşınlardan biri eniş zamanı yanıb, digəri isə təhlükəsiz yerə enib

Ölmədik, bu günü də gördük: Çin səmasında iki uçan avtomobil toqquşub.
Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərində sentyabrın 16-da hava şousunun məşqi zamanı Çin avtomobil istehsalçısı "XPeng" tərəfindən istehsal olunan iki uçan avtomobil toqquşub.
Maşınlardan biri eniş zamanı yanıb, digəri isə təhlükəsiz yerə enib.