XƏBƏRLƏR / Elm və Texnologiya

Çin tarixdə ilk dəfə Ayın əks tərəfindən Yerə torpaq gətirdi

Torpağı Yerə Çinin "Çanye-6" zondu çatdırıb

Çin tarixdə ilk dəfə Ayın əks tərəfindən Yerə torpaq gətirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin "Çanye-6" zondu tarixdə ilk dəfə Ayın əks tərəfindən Yerə torpaq çatdırıb.

    Gəmi Daxili Monqolustan Muxtar Bölgəsindəki Sizivanqi eniş sahəsinə uğurla enib.

    Zondun Yer kürəsinə təxminən 2 kq torpağın çatdırması planlaşdırılırdı.

    Qeyd edək ki, Cihaz 2024-cü il mayın 3-də Vençan kosmodromundan buraxılıb, iyunun 2-də cihaz Cənub Qütbü - Aitken hövzəsində planlaşdırılan əraziyə enib, müxtəlif ərazilərdə müxtəlif torpaq nümunələri toplayıb və Ayın səthindən havaya 4 iyunda qalxıb.